12 fevral 2024, 17:17
Əbil Zeynalovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasında yüksək səviyyədə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı bildirməkdən sonsuz məmnunluq duyuruq. Sizin güclü siyasi iradəniz sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, tarixi ədalətin bərqərar olması sözün əsl mənasında reallığa çevrildi.
Cənab Prezident, Sizə dərin minnətdarlığımızı bildiririk. Var olun!
Tanrı yar və yardımçınız olsun!
Hörmətlə,
Əbil Zeynalov,
“Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin sədri,
Qarabağ müharibəsi qazisi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.