12 fevral 2024, 16:15
Emil Nəsirlidən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Şəxsən öz adımdan və "Azərbaycanım" beynəlxalq jurnalının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqımızın firavanlığı naminə məsul fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayıram.
Azərbaycanın bu günü və gələcəyi Sizin adınızla bağlıdır. Siz olan yerdə tərəqqi, inkişaf, haqq-ədalət vardır. Yolunuz hər zaman uğurlu olsun!
Hörmətlə,
Emil Nəsirli,
"Azərbaycanım" beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü
Azərbaycan Respublikası, Bakı şəhəri.