12 fevral 2024, 16:02

Mürvət Əsgərovdan, Qubadlı, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü ilin fevralın 7-də ilk dəfə olaraq işğaldan azad edilmiş bütün şəhər və rayonlarımızda prezident seçkiləri keçirildi. Seçicilər böyük ruh yüksəkliyi ilə iştirak etdilər və layiq olana səs verdilər.

Öz xalqını qalibiyyətə çatdıran, ölkəsini qalib ölkəyə çevirən Lider olaraq seçkidə inamlı qələbə qazandınız. İnanıram ki, bu qalibiyyət bütün şəhidlərimizin ruhunu da şad etmiş oldu.

Cənab Prezident, növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə şəhid atası olaraq Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, tükənməz enerji, ölkəmizin tərəqqisi naminə gördüyünüz bütün işlərdə yeni-yeni uğrlar arzulayıram.

Ulu Tanrı Sizi və Azərbaycanımızı qorusun!

Hörmətlə,

Mürvət Əsgərov, şəhid atası.

Azərbaycan Respublikası, Qubadlı rayonu, Aşağı Mollu kəndi.