12 fevral 2024, 15:41

Kəmalə Əhmədovadan, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəminizin müstəqilliyi dövründə ilk dəfə suveren Azərbaycan Respublikasının bütün ərazisində keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin işçiləri, o cümlədən Zaqatala təhsil işçiləri adından səmimi-qəlbdən təbrik edir, bu məsuliyyətli, şərəfli işinizdə Sizə müvəffəqiyyətlər, möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzu edirik.

Cənab Prezident, xalqımızın Sizə göstərdiyi bu etimad ölkəmizə qazandırdığınız tarixi qələbə səbəbi ilə dünya arenasında olan böyük nüfuzunuzun bariz göstəricisidir. Biz inanırıq ki, müasir Azərbaycanımız Sizin rəhbərliyinizlə gündən-günə inkişaf edəcək və daha uğurlu nailiyyətlərə imza atacaqdır.

Hörmətlə,

Zaqatala rayonunun təhsil işçiləri adından:

Kəmalə Əhmədova,

Azərbaycan Respublikası, Zaqatala rayonu.