12 fevral 2024, 15:26
İlkin Dadaşovdan, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan!
Sizi böyük səs çoxluğu ilə yenidən dövlət başçımız seçilməyiniz münasibətilə səmimi- qəlbdən təbrik edirəm. Siz xalqımızın alternativsiz Liderisiniz. Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.
Vətən müharibəsi veteranı olaraq Sizin komandanlığınızla İkinci Qarabağ müharibəsində iştirak etdiyim üçün çox xoşbəxtəm. Həmçinin müharibə iştirakçılarının dövlətimizin xüsusi qayğısı ilə əhatə olunmasına görə Sizə təşəkkürümü bildirirəm.
Vətəndaş olaraq Sizinlə fəxr edirəm, qürur duyuram!
Hörmətlə,
İlkin Eldar oğlu Dadaşov
Azərbaycan Respublikası, Salyan şəhəri.