Dilarə Seyidzadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Qalib xalqın qalib lideri olaraq Zəfər seçkisində parlaq qələbəniz xalqımızın yekdil iradəsi ilə Azərbaycanımızın müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirlməsi, ölkəmizin ərazi bütövlüyünün tam bərpası yolunda möhtəşəm fəaliyyətinizə və tarixi xidmətlərinizə verilən yüksək qiymətin, Sizə olan böyük inam və etimadın bariz ifadəsidir.
Müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçirilən, xüsusi bir coşğu ilə baş tutan bu səsvermənin nəticələri böyük əzm, mətanət və dəyanətlə davam etdirdiyiniz Ümummilli Liderimiz əziz Heydər Əliyev yoluna xalqımızın bağlılığının və sədaqətinin, unudulmaz Heydər Əliyev amallarının Sizin əməllərinizlə möcüzəvi şəkildə gerşəkləşməsinin parlaq təcəssümüdür.
Möhtərəm cənab Prezident, rəhbərliyiniz altında işlədiyim vaxtlarda olduğu kimi, bu seçkilərdə də təşviqatçınız və müşahidəçiniz kimi mənə nəsib olmuş etibar və etimadınıza görə Sizə öz dərin təşəkkürümü bildirirəm.
Hədsiz sevinc və fərəh içində olduğumuz bu anlarda Sizə və ailənizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, səadət, Vətənimizin yüksəlişi naminə genişmiqyaslı və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Dərin hörmət və ehtiramla,
Dilarə Seyidzadə, tarix elmləri doktoru, professor
Azərbaycan Respublikası, Bakı şəhəri