12 fevral 2024, 14:44

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının kollektivindən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin kollektivi adından səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə yeni uğurlar arzulayırıq.

Xalqımızın bir daha Sizə yüksək etimad göstərməsinin təməlində son 20 ildə Azərbaycanın məhz müdrik rəhbərliyinizlə ardıcıl, dinamik inkişaf yolu keçməsi, ölkə həyatının bütün sahələrində qazanılan böyük uğurlar dayanır. Ulu Öndər Heydər Əliyevin qalib siyasətini böyük inamla və uzaqgörənliklə davam etdirməyiniz nəticəsində Azərbaycan öz tarixinin ən güclü, dünya birliyinin sayılıb-seçilən dövləti səviyyəsinə yüksəlmişdir.

Sizin diqqət və qayğınız sayəsində Azərbaycan səhiyyəsi inkişaf edir. Bu gün bütün səhiyyə işçiləri öz həyatlarında Sizin diqqətinizi, tükənməz qayğınızı hiss edirlər.

Xalqımız Sizin zəhmətinizi hər an böyük minnətdarlıqla dəyərləndirir. Seçkidə verdiyimiz səs həm Sizə olan etimadımız, həm də fəaliyyətinizə görə duyduğumuz minnətdarlıqdır.

Sizə daha böyük uğurlar və cansağlığı arzulayırıq.

Uca Tanrı Sizi, əzizlərinizi, xalqımızı qorusun!

Hörmətlə,

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının kollektivi.

Azərbaycan Respublikası, Şirvan şəhəri.