Elmira Hacıyevadan, Zaqatala, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizi ölkəmizdə yüksək səviyyədə keçirilən prezident seçkilərində böyük üstünlüklə qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Zaqatala rayon ictimaiyyəti adından ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Süveren hüquqlarını tam təmin etmiş Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri cəmiyyətimizin Sizə olan yüksək etimadının daha bir inamlı təstiqi, ölkəmizin ardıcıl sosial-iqtisadi inkişafına, həmçinin dövlətimizin beyləxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strateji kursunuzun xalqımız tərəfindən geniş şəkildə dəstəklənməsinin göstəricisidir. Bütün Azərbaycan xalqı kimi, öz qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən biz zaqatalalılar da Sizin yanınızda olaraq apardığınız siyasəti ən fəal şəkildə dəstəkləyir, vətənimizin daha da çiçəklənməsi, sabitliyinin qorunması, siyasi, iqtisadi və hərbi qüdrətinin daha da gücləndirilməsi istiqamətində fəaliyyətinizi bundan sonra da əzimlə davam etdirəcəyinizə sadiq ürəkdən inanır, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə daim Sizinlə birgə olacağımızı bəyan edirik. Heç şübhəsiz ki, Sizin rəhbərliyiniz ilə bizi irəlidə hələ daha böyük qələbələr gözləyir.
Hörmətli cənab Prezident,
Bir daha Sizi şərəfli və layiqli qələbəniz – Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Zaqatala rayon ictimaiyyəti adından ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, yorulmaz fəaliyyətinizdə parlaq qələbələr arzu edirik.
Sizə dərin hörmət və ehtiramla,
Elmira Hacıyeva,
"Tərəqqi" medallı əməkdar müəllim,
Azərbaycan Respublikası, Zaqatala şəhəri