13 fevral 2024, 09:55

Vasif Muradlıdan və Arzu Oqtaydan, Helsinki, Finlandiya

Möhtərəm cənab Prezident,

Biz Helsinkidə fəaliyyət göstərən Finlandiya Azərbaycanlıları Assosiasiyasının üzvləri 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib xalqın nümayəndələri kimi böyük həvəs və həyəcanla iştirak edərək, Azərbaycanımızın gələcəyi naminə öz seçimimizi etdik. Finlandiya Azərbaycanlıları Assosiasiyasının üzvləri, Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyəti adından Sizi prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Hörmətli cənab Prezident, yürütdüyünüz müdrik və məqsədyönlü siyasət nəticəsində Azərbaycan bölgənin lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevrilmişdir. Azərbaycanın bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etdikdən sonra ilk dəfə keçirilən prezident seçkilərində dünyanın harasında yaşamasına baxmayaraq “dəmir yumruq” ətrafında birləşən qalib xalqın nümayəndələri böyük inamla qalib Liderini seçdilər.

Biz Finlandiyada yaşayan azərbaycanlılar bir daha Sizə Azərbaycanın davamlı inkişafı, güclü dövlətə çevrilməsi üçün gördüyünüz bütün işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Vasif Muradlı, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri

Arzu Oqtay, Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin rəhbəri

Finlandiya Respublikası, Helsinki şəhəri.