Taleh Nəcəfov və başqalarından, İsmayıllı, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
İnamlı qələbəniz münasibəti ilə Sizi şəhid ailələri adından təbrik edirik. İlk dəfə olaraq, ölkəmizin bütün bölgələrində səsvermə baş tutdu. Bu, Sizin və qəhrəman mərd oğullarımızın sayəsində baş verdi. Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək, milli qürurumuzu özümüzə qaytardınız. İndi Siz bütov və qalib Azərbaycanın qalib Prezidentisiniz. Sizin qalibiyyətiniz ölkəmiz və biz şəhid ailələri üçün böyük bayramdır.
Allah Sizi dövlətimizin başından əskik etməsin. Bu gün bizim şəhid övladlarımız məzarlarında rahat uyuyur. Çünki onların əmanətləri Sizin kimi rəhbəri olan bir Vətənin ərazisində yaşayırlar.
Tanrı Sizi qorusun!
Hörmətlə,
İsmayıllı rayon şəhid ailələri adından,
Taleh Nəcəfov,
Habil Məmmədov,
Saday Osmanlı,
Aynurə Mirzəliyeva,
Nəzakət Şəfaqətova,
Cəmilə Əkbərova,
Mürşüd Yusifov
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.