Musa Nəbioğludan, Bakı, Azərbaycan
Hörmətli Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident!
Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
Bu qələbə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı uğrunda uzun illərdir apardığınız qətiyyətli və prinsipial mübarizənin məntiqi nəticəsidir. Məhz Sizin bu istiqamətdə göstərdiyiniz yorulmaz fəaliyyətinizin və prinsipial mövqeyinizin nəticəsidir ki, bu gün ölkəmizin ərazi bütövlüyü sözün hər mənasında təmin olunub və bu seçki ilk dəfə idi ki, Azərbaycanın hər yerində keçirildi. Azərbaycan xalqı da özünün müdrik və ədalətli seçimi ilə bir daha bütün dünyaya sübut etdi ki, Sizin apardığınız daxili və xarici siyasət nə qədər doğru və düzgündür. Heç kəsə sirr deyil ki, Sizin müdrik daxili və xarici siyasətiniz, məqsədyönlü, habelə gələcəyə yönəlmiş ali dövlətçilik fəaliyyətiniz regionda ölkəmizin liderliyini təmin etmiş, onu beynəlxalq münasibətlər sistemində söz sahibinə çevirmişdir. Sizin rəhbərliyiniz altında işğaldan azad edilmiş torpaqlarımıza - gözəl Qarabağımızın şəhərlərinə, qəsəbə və kəndlərinə yenidən həyat qayıdır, torpaqlarımız sürətlə və gözəl şəkildə bərpa edilir, insanlar öz doğma yurdlarına dönürlər. Xalqımız Sizin bu xidmətlərinizi tarixinin qızıl dövrü kimi heç zaman unutmayacaqdır.
Möhtərəm Prezident, seçkilərdə qazandığınız bu möhtəşəm qələbə münasibəti ilə Sizi bir daha təbrik edir, sağlıqlı və uzun ömür, doğma Azərbaycanımızın inkişafına və xalqımızın tərəqqisinə yönəlmiş şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Musa Nəbioğlu,
Əməkdar mədəniyyət işçisi, “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Azərbaycan Aşıqlar Birliyinin katibi.
Azərbaycan Respublikası, Bakı şəhəri.