Firdovsi Əsgərovdan, Dərbənd, Rusiya
Çox hörmətli cənab Prezident,
Dağıstan Respublikasının Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının rəhbərliyi və kollektivi Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərindəki layiqli qələbəniz münasibətilə ürəkdən təbrik edir.
Seçkilərdə inamlı qələbəniz münasibərinlə ən xoş və səmimi diləklərimizi ifadə edirik. Bu şərəfli vəzifəyə yenidən seçilməniz xalqın Sizə olan böyük etimadının və dünyada yüksək nüfuzunuzun göstəricisidir.
Dağıstanda yaşayan azərbaycanlılar, o cümlədən yaradıcı insanlar, incəsənət nümayəndələri hər zaman Sizin böyük nüfuzunuzla qürur duyuruq. Sizin fəaliyyətiniz gələcəkdə də Azərbaycan, Rusiya və Dağıstan arasında münasibıtlərin daha yüksək səviyyədə olacağına inam yaradır. Əminik ki, bütün bunlar qardaş xalqlarımızın mənafeyi naminədir.
Sizə möhkəm cansağlığı, fəaliyyətinizin yeni dönəmində böyük uğurlar, Azərbaycan xalqına isə sülh, rifah və davamlı firavanlıq arzulayırıq.
Hörmətlə,
Əsgərov Firdovsi, Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının direktoru
Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri