Əbilfəs Hamedovdan, Qazaxıstan
Hörmətli cənab Prezident,
Sizi növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə Qazaxıstan Azərbaycanlıları Birliyi adından səmimi-qəlbdən təbrik edir, Azərbaycanın inkişafı və rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar və qələbələr arzulayıram.
2024-cü il fevralın 7-də keçirilən tarixi prezident seçkilərində Sizin qələbə qazanmağınız Azərbaycan xalqının öz rəhbərinə etimadını və səmimi vətəndaş sevgisini bir daha əyani şəkildə göstərdi.
Bütün ölkə ərazisini əhatə edən prezident seçkilərində tarixi missiya ilə ölkənin bütövlüyünü və firavanlığını təmin etmiş Liderinə səs verməklə sarsılmaz birlik və həmrəylik nümunəsi göstərən Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Əbilfəs Hamedov
Qazaxıstan Azərbaycanlıları Birliyinin prezidenti
Qazaxıstan Respublikası