12 fevral 2024, 13:10

Mariya Xan-Xoyskaya Martinyoli və həyat yoldaşından, Cenevrə, İsveçrə

Hörmətli cənab Prezident.

Mən İsveçrənin Cenevrə şəhərində yaşayan azərbaycanlı olaraq həm öz adımdan, həm də doğma Gəncəmdə yaşayan ailəmin adımdan seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Uzaqlarda yaşasam da, ürəyim Azərbaycanla birgə döyünür. Biz xoşbəxtik ki, Siz bizim Prezidentimizsiniz.

Mən, Gəncədə yaşayan ailə üzvlərim və dostlarım müharibə vaxtı bütün çətinliklərə sinə gərmişik. Bir Allaha, bir də Sizə inamımız sarsılmaz idi.

Uca Tanrı Sizə möhkəm cansağlığı versin və bu çətin işinizdə kömək olsun! Biz həmişə Sizi dəstəkləyirik.

Hörmətlə,

Mariya Xan-Xoyskaya Martinyoli və həyat yoldaşı

İnga Xan-Xoyskaya və Tamara Xan-Xoyskaya, Gəncədə yaşayan anası və bacısı.

İsveçrə, Cenevrə şəhəri.