Ağa Ağayevdən, Köln, Almaniya
Hörmətli cənab Prezident,
Çox böyük qürur hissi ilə Alman-Azərbaycan Mədəniyyət Evinin çoxsaylı üzvləri və şəxsən öz adımdan Sizi fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə təbrik edirəm. Ərazi bütövlüyümüzün bərpa edilməsidən sonra seçkilərin keçirilməsi çox önəmli idi.
Bu seçkilər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, o cümlədən Almaniyadakı həmvətənlərimizin birlik təntənəsi oldu. Azərbaycan xalqı seçkilərdə layiqli Lider olaraq Sizi Prezident seçdi. Ümumi olaraq dünya azərbaycanlıları Sizə etimadını göstərdi.
Cənab Prezident, Almaniyadakı azərbaycanlılar olaraq Sizinlə hər zaman fəxr edirik. Sizə ali dövlət fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Ağa Ağayev,
Alman-Azərbaycan Mədəniyyət Evinin sədri.
Almaniya Federativ Respublikası, Köln şəhəri.