12 fevral 2024, 11:55
Arzu Rzayevadan, Oslo, Norveç
Hörmətli cənab Prezident,
Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edirik. Yeritdiyiniz uğurlu siyasi xətti davam etdirmək üçün Sizə möhkəm cansağlığı, tükənməz enerji və daha çox əzm diləyirik.
Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin tələbə, valideyin və müəllim kollektivi olaraq bu düşüncələrlə zəfərinizin həm Azərbaycan xalqı, həm də bölgəmiz üçün xeyirli olmasını diləyir, Sizə ali vəzifənizdə müvəffəqiyyətlər arzu edirik.
Hörmətlə,
Arzu Rzayeva,
Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin sədri
Norveç Krallığı, Oslo şəhəri.