Vahid Rəhimovdan, Həştərxan, Rusiya
Hörmətli cənab Prezident,
“Azərbaycan” Milli-Mədəni Cəmiyyətinin üzvləri adından Sizi 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə təbrik edirəm.
Sizin inamlı qələbəniz Azərbaycan xalqına xidmətinizə və fədakarlığınıza verilən qiymətlə yanaşı Azərbaycan xalqının Sizə göstərdiyi qeyd-şərtsiz dəstəyi və etimadı ifadə edir. Rusiya Federasiyasının Həştərxan vilayətinin “Azərbaycan” Cəmiyyəti ölkəmizdə keçirilən prezident seçkilərini diqqətlə izləyərkən məhz bu qənaətə əmin olub.
Sizin rəhbərliyinizlə respublikada həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər Azərbaycanın sabit inkişafına, ölkənin həyat və fəaliyyətinin bütün sahələrində mühüm uğurların əldə olunmasına, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə zəmin olub.
Ölkəmiz Ali Baş Komandan kimi Sizin qətiyyətli fəaliyyətiniz nəticəsində ərazi bütövlüyünü bərpa etdi. Bu, Azərbaycan xalqı üçün tarixi hadisə oldu. Bundan əlavə, Siz Qarabağın işğaldan azad edilmiş ərazilərinin bərpasına və inkişafına böyük diqqət yetirirsiniz, infrastrukturun bərpası, yeni yolların, məktəblərin, xəstəxanaların və digər obyektlərin tikintisinə, eləcə də xalqımızın mədəni-tarixi irsinin qorunub saxlanılmasına yönəlmiş genişmiqyaslı layihələr həyata keçirirsiniz.
Sevindirici haldır ki, Azərbaycanla Rusiya arasında, iki dövlətin başçıları arasında qarşılıqlı hörmət, anlayış və dəstəyə əsaslanan etibarlı münasibətlər qurulub. Rus və Azərbaycan xalqları arasında münasibətlər uzun tarixə malikdir və zamanın sınağından çıxmışdır. İki xalq arasında dostluq körpüləri möhkəm və sarsılmazdır. Onlar ümumi mədəni və tarixi dəyərlər, eləcə də sıx iqtisadi və siyasi əlaqələr üzərində qurulub.
Əminəm ki, Siz bundan sonra da Rusiya ilə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, regionda və beynəlxalq aləmdə sülhə və sabitliyə nail olmaq, Azərbaycanın inkişafı və çiçəklənməsi üçün bütün səylərinizi əsirgəməyəcəksiniz.
Sizə möhkən cansağlığı, səadət və xalqımızın rifahı naminə gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.
Hörmətlə,
Vahid Rəhimov, “Azərbaycan” Milli-Mədəni Cəmiyyətinin sədri
Rusiya Federasiyası, Həştərxan şəhəri.