12 fevral 2024, 10:19

Yulduz Rəhimovdan, Toronto, Kanada

Möhtərəm cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində əldə etdiyiniz üstün qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan xalqı öz tarixi torpaqlarına qovuşdu və öz Liderini dəstəkləyərək, yeni dövrün başlanğıcına imza atdı.

Həmçinin qeyd etmək labüddir ki, Sizin möhtəşəm liderliyiniz nəticəsində Azərbaycan xalqı qalib xalqa çevrildi. Cənab Prezident, çox şadam ki, qalib xalqımız öz qalib Liderini seçdi və əminəm ki, bu seçim ilə Azərbaycan öz yeni inkişaf yoluna qədəm qoyaraq yeni ümummilli məqsədlərə nail olacaqdır. Sizə bu yolda hər zaman olduğu kimi əmin addımlarla irəliləməyi arzu edirəm!

Harada yaşamağımızdan asılı olmayaraq daim biz azərbaycanlılar Sizinlə fəxr edirik və dərin qürur hissi duyuruq!

Hörmətlə,

Yulduz Rəhimov

York Universitetinin professoru

Kanada, Toronto şəhəri.