10 fevral 2024, 15:30

Tatyana Kərimovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyi adından Sizi təbrik edirəm.

2024-cü ilin fevralın 7-də Azərbaycan Respublikasının tarixində əbədi olaraq qalacaq. Çünki ilk dəfə olaraq, Azərbaycanın bütün ərazisində baş tutan prezident seçkiləri keçirilib. Sizin sayənizdə torpaqlarımız işğaldan azad edilib. Siz, Ali Baş Komandan kimi Vətən müharibəsini Azərbaycanın tarixi Qələbəsi ilə başa vuraraq, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Azərbaycan bayrağı öz tarixi vətəninə qayıdıb.

Cənab Prezident, Vətən müharibəsi başlayanda xaricdə çoxları bizim uğursuzluğumuzu gözləyirdi. Lakin onların bu gözləntiləri baş tutmadı. Çünki xalq öz Prezidentinin ətrafında sıx birləşdi. Ölkəmizin inkişafını daha da məhsuldar edən, vətəndaşlarımızın həyatını firavan edən müdrik qərarlarınıza görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim.

“Sodrujestvo” hər zaman və hər yerdə sizinlədir. Çünki biz bilirik ki, Siz olduğunuz yerdə qələbə, əmin-amanlıq, firavanlıq, inkişaf var. Əminik ki, Sizin rəhbərliyinizlə xalqımız daha da yaxşı yaşayacaq, ölkəmiz güclənəcəkdir. Seçkilərdə qeyd-şərtsiz qələbəniz xalqın Sizə olan inamının bariz nümunəsidir.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə uzun ömür, cansağlığı və doğma Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Tatyana Kərimova,

“Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.