Azər Mirzəyevdən, Naxçıvan, Azərbaycan
Hörmətli cənab Prezident,
2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanmağınız və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Vətən müharibəsi zamanı müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Cənab Prezidentimiz, Siz düşmən tapdağında olmuş torpaqlarımızın geri qaytarılmasında böyük rolu olan şəhid və qazilərimizin fədakarlıqlarını hər zaman yüksək qiymətləndirirsiniz. Şəhid ailələrinə və qazilərə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə öz minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Azər Vəli oğlu Mirzəyev
Vətən müharibəsi qazisi
Azərbaycan Respublikası, Naxçıvan şəhəri.