10 fevral 2024, 13:45

Abdulla Amir Haşimidən, Stokholm, İsveç

Hörmətli cənab Prezident.

Növbədənkənar prezident seçkilərində xalqımız bir daha Azərbaycan Respublikasının Prezidenti vəzifəsini Sizə etibar etdi. Sizin keçdiyiniz yolun, bütün sahələrdə yürütdüyünüz müdrik daxili və xarici siyasətin alternativinin olmadığını göstərdi.

Biz - “Azərbaycan Kültür Qarabağ Dərnəyi” cəmiyyətinin üzvləri, seçkilərin qalibi olan Sizi ürəkdən təbrik edirik.

Ümid edirik ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yol uğurla davam etdiriləcək və ardıcıl qələbələr davamlı olacaq.

Cənab Prezident, otuz il erməni tapdağında qalan torpaqlarımızın azad olunmasında əsl sərkərdəlik şücaəti nümayiş etdirdiniz. İqtidar-Xalq birliyi bu günümüzün və gələcəyimizin xoşbəxtliyinin təminatçısıdır.

Sizi bir daha ürəkdən təbrik edirik və müvəffəqiyyətlər arzulayırıq. Vətənimizə firavanlıq, sülh və əmin-amanlıq diləyirik.

Hörmətlə,

Abdulla Amir Haşimi (Cavanşir),

“Azərbaycan Kültür Qarabağ Dərnəyi”.

İsveç Krallığı, Stokholm şəhəri.