Rəşid Məmmədovdan, Saloniki, Yunanıstan
Hörmətli cənab Prezident.
2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlməyiniz münasibətilə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyəti və kollektivi adından, şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin. Biz, Yunanıstanda yaşayan azərbaycanlılar öz vətənimizlə və liderimizlə fəxr edirik.
Sizin rəhbərliyinizlə Azərbaycan regionda sabitliyə və sülhün möhkəmlənməsinə misilsiz töhfə verir. Seçdiyiniz siyasi kurs həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda bizim vətəndaşların həyatının daim yaxşılaşdırılmasına yönəlib.
Cənab Prezident, Sizə dərin ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, xalqımıza sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
Rəşid Məmmədov,
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri.
Yunanıstan Respublikası, Saloniki şəhəri.