10 fevral 2024, 12:11

Məsud Əfəndiyevdən, Münxen, Almaniya

Möhtərəm cənab Prezident.

Fevralın 7-də xalqımız öz seçimini etdi, yenilməz, müzəffər Liderini seçdi. Siz bizim qürur mənbəyimizsiniz, daim bizə fəxarət hissləri yaşadırsınız. Bu seçkilərə də fəxr və qürur hissi ilə getdik.

Berlin şəhərində Sizə səs verərkən Almaniyada yaşayan azərbaycanlıların, bu ölkədə təhsil alan gənclərimizin səsvermədə necə fəxr hissi ilə iştirakını izlədikcə qəlbim dağa döndü. Belə gözəl hisslər yaşadığıma görə Sizə minnətdaram.

“Biz - Zəfər yoluna davam” təşəbbüs qrupunun üzvü, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri kimi bütün həmkarlarımın adından və şəxsən öz adımdan Sizi inamlı qələbə münasibətilə təbrik edir, Azərbaycanımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə Sizə cansağlığı və uğurlar arzulayıram.

Allah müzəffər xalqımızı və Sizi qorusun!

Hörmətlə,

Əfəndiyev Məsud, Azərbaycanın Əməkdar elm xadimi, “Aleksander fon Humboldt” mükafatını alan ilk azərbaycanlı, professor.

Almaniya Federativ Respublikası, Münxen şəhəri.