Firəngiz Əlizadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Böyük sevinc hissi ilə Sizi 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində parlaq qələbə qazanmağınız və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik.
Biz çox xoşbəxtik ki, ilk dəfə olaraq severenliyi təsdiq olunmuş tam, müstəqil Azərbaycanın vətəndaşları kimi qalib xalqımızın qalib Liderinə böyük ruh yüksəkliyi ilə səs vermək şərəfinə nail olduq.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, çox gərgin və şərəfli işinizdə daim inkişaf edən ölkəmizin xoşbəxt gələcəyi naminə yeni-yeni uğurlar diləyirik.
İnanırıq ki, Siz xalqımızın etimadını bir daha doğruldacaq və ölkəmizin sürətli inkişafı, xalqımızın rifahının yüksəlməsi naminə əzmlə çalışacaq, ictimai-siyasi fəaliyyətinizdə yeni-yeni zirvələr fəth edəcəksiniz.
Qoy ulu Tanrı Sizi və gözəl ailənizi qorusun!
Hörmətlə,
Əlizadə Firəngiz, Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri