Hafiz Paşayevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Növbədənkənar Prezident seçkilərində parlaq qələbə qazanaraq bütöv Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi, ADA Universitetinin professor-müəllim heyəti və tələbələri adından təbrik edirik!
Müdrik və cəsarətli rəhbərliyiniz nəticəsində suverenliyimizin tam bərpası, Azərbaycan Respublikasının ərazisinin işğaldan azad olunması Azərbaycan xalqının və dövlətinin tarixində əbədi qalacaqdır. 2024-ci il fevralın 7-də qalib Xalq öz seçimini Qalib Liderinə verərək, yeni dövrün başlanğıcına qəti imza atdı!
Sizin və ailə üzvlərinizin Xankəndi şəhərində vətəndaşlarla birgə seçki prosesində iştirakı hamımıza qürur və fərəh hissi yaşatdı!
Sizin rəhbərliyiniz altında, Azərbaycan mütərəqqi inkişaf yolu ilə irəliləyərək, dünyadakı nüfuz və etibarını möhkəmləndirəcək, yeni-yeni tarixi zəfərlər əldə edəcək!
ADA Universiteti Sizin göstərdiyiniz yüksək etimada sadiq qalaraq, dövlətimizə vətənpərvər, savadlı, milli, dünyəvi və ümumbəşəri ruhda tərbiyə olunan kadrlar yetişdirməyə davam edəcək!
Sizə möhkəm cansağlığı və Ali vəzifənizdə yeni uğurlar diləyirik!
Dərin hörmətlə,
Hafiz Paşayev, ADA Universitetinin rektoru
Azərbaycan Respublikası, Bakı şəhəri