Səyyarə İbadullayevadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizi 2024-cü il fevralın 7-də ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun kollektivi və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin müdrik rəhbərliyiniz, strateji siyasətiniz və möhkəm iradəniz sayəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olunması, sözün əsl mənasında reallığa çevrildi.
Bu gün dünya arenasında Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, ölkəmiz regional liderə çevrilərək beynəlxalq arenada yüksək nüfuza sahib olmuşdur.
Məmnuniyyətlə qeyd edirəm ki, Sizin elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyiniz siyasət ölkəmizin elmi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, müvafiq sərəncamınızla Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi botaniklər üçün bir çağırış oldu.
Mərkəzi Nəbatat Bağının ərazisində aparılan yenidənqurma işlərinin gedişi ilə bağlı verdiyiniz tapşırıq və tövsiyələr əsasında Botanika İnstitutu üçün müasir standartlara cavab verən binanın tikilməsi elmə və alimlərə göstərdiyiniz diqqət və qayğının təzahürüdür.
Möhtərəm Prezident, bu mühüm qələbə Azərbaycan elminin gələcək inkişafını gözümüzdə canlandırır və buna görə Sizə Botanika İnstititunun kollektivi və Azərbaycan botanikləri adından dərin təşəkkürümüzü bildiririk.
Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ali vəzifənizdə müvəffəqiyyətlər, ölkəmizin rifahı naminə böyük uğurlar arzulayırıq.
Hörmətlə,
İbadullayeva Səyyarə, professor
Azərbaycan Respublikası, Bakı şəhəri