09 fevral 2024, 15:00

Tural Mustafayevdən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan!

2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan xalqının daim sülh və əmin-amanlıq şəraitində yaşaması üçün məhz Sizin kimi bir ölkə başçısına ehtiyacımız var!

Xalqın rifahı və dövlətin inkişafı naminə fəaliyyətinizdə Sizə uğurlar diləyirik!

Sizinlə fəxr edirik!

Siz bizim gələcəyimizsiniz!

Hörmətlə,

Tural Vaqif oğlu Mustafayev

Azərbaycan Respublikası, Salyan rayonu.