Kamran Xıdırovdan, Tbilisi, Gürcüstan
Hörmətli cənab Prezident,
Gürcüstanda fəaliyyət göstərən “Cəmiyyətin və Təhsilin İnkişafı üçün Vətəndaş Birliyi” 2024-cü ilin fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə münasibətilə Sizi təbrik edir. Bu qələbə bütün dünyada yaşayan azərbaycanlıları sevindirdiyi kimi, biz Gürcüstan azərbaycanlılarını da ürəkdən sevindirir.
Sizin söylədiyiniz “Mən hər bir Azərbaycanlının prezidenti olacağam” ifadəsi yaxın keçmişdə öz təsdiqini tapdı və 44 günlük savaş dönəmində dünyaya verdiyiniz mesajlar biz Gürcüstanda yaşayan azərbaycanlıların yaddaşında da silinməz qələbə sevinci yaşatdı.
Sizin mehriban qonşuluq siyasətiniz, Cənubi Qafqazda sülh, əmin-amanlıq yaratmaq planınız Ulu Öndər Heydər Əliyevin siyasətinin davamı olaraq hər birimizin ürəyindən gələn arzulardandır. Allahdan arzu edirik ki, növbəti illərdə bu arzular da həyata keçsin və biz buna əminik.
Cənab Prezident, Gürcüstan azərbaycanlıları hər zaman Sizin siyasi strategiyanızı dəstəkləmişdir.
Gürcüstanda yaşayan azərbaycanlılar, ziyalılar və gənclər adından Sizi təbrik edir, növbəti prezidentliyiniz müddətində vətənimiz Azərbaycana sülh,əmin-amanlıq və firavan həyat arzu edirik.
Dərin hörmətlə,
Kamran Xıdırov, “Cəmiyyətin və Təhsilin İnkişafı üçün Vətəndaş Birliyi”nin rəhbəri
Gürcüstan, Tbilisi şəhəri.