Nüsrət Məmmədovdan, Bişkek, Qırğızıstan
Hörmətli cənab Prezident.
2024-cü ilin fevralın 7-də keçirilən seçkilərdə inamlı qələbə qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə fondumuz adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Əziz Prezidentimiz, ilk dəfədir ki işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bütün Azərbaycanda dinc və demokratik şəraitdə keçirilən seçkilər bizdə böyük ruh yüksəkliyi yaradır.
Uğurlu liderliyiniz ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub.
Xalqımız tərəfindən yenidən Prezident seçilməyinizin təkcə bütün Türk Dövlətləri arasındakı bənzərsiz münasibətlər baxımından deyil, həm də bölgənin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürük.
Seçkilərdə zəfərinizin həm Azərbaycan xalqı, həm də bölgə üçün xeyirli olmasını diləyir, Sizə ali vəzifənizdə müvəffəqiyyətlər diləyirik. 30 il davam edən işğaldan sonra azad edilmiş Qarabağda və Şərqi Zəngəzur da daxil olmaqla bütün Azərbaycan torpaqlarında baş tutan bu əhəmiyyətli seçkilərin bütün türk dünyasına xeyirli olmasını arzu edirəm.
Hörmətlə,
Nüsrət Məmmədov, “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti
Qırğız Respublikası, Bişkek şəhəri.