08 fevral 2024, 12:25

Tehran Məsimovdan, Oğuz, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü ilin fevralın 7-də Azərbaycan Respublikası vətəndaşları seçki prosesinə yüksək ruh yüksəkliyi ilə qatıldı. Mən fəxarət hissi ilə Müzəffər Ali Baş Komadana – Sizə səs verdim.

Sizin komandanlığınızla rəşadətli ordumuzun qazandığı Şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Bu Zəfər xalqımızı başıuca və məğrur etdi. Bizə bu tarixi günləri yaşatdığınıza görə sonsuz minnətdarlığımızı bildiririk.

Cənab Prezident, demokratik şəraitdə keçirilən Prezident seçkilərində qazandığınız inamlı qələbə hamımızı sevindirdi və bu münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Belə güclü Liderimiz olduğuna görə çox xoşbəxtik.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Tehran Məsimov

Azərbaycan Respublikası, Oğuz rayonu.