30 yanvar 2024, 19:03

Savaş Mərəndlidən, London, Böyük Britaniya

Hörmətli cənab Prezident.

Qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəklədiyimizi məmnunluqla bildiririk. İnanırıq ki, seçkilərdə Siz qalib gələcəksiniz. Ölkənin ali vəzifəsinə yenidən seçilməyiniz vətəndaşların Sizə növbəti dəfə göstərəcəkləri yüksək etimadın təsdiqi olacaqdır. Təcrübəniz, biliyiniz, yüksək liderlik keyfiyyətləriniz Sizə bütün çətinliklərə sinə gərməyə, problemlərin öhdəsindən gəlməyə imkan verir. İqtisadi artıma, sosial rifahın yüksəlməsinə, sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə yönəlmiş siyasətiniz, təşəbbüsləriniz bizi ruhlandırır.

Arzu edirik ki, ali dövləti vəzifədə bundan sonrakı müdrik fəaliyyətiniz də nailiyyətlər, zəfərlərlə yadda qalsın. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha da qüdrətlənəcək, xalqın rifahı daha da yüksələcək.

Hörmətlə,

Savaş Mərəndli,

Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü.

Böyük Britaniya, London şəhəri.