30 yanvar 2024, 10:11

İlqar Məmmədov və Pəri Məmmədovadan, Toronto, Kanada

Hörmətli cənab Prezident.

Böyük fəxr hissi ilə bildirmək istərdik ki, qarşıdan gələn növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi qətiyyətlə və birmənalı müdafiə edirik.

Ulu Öndər Heydər Əliyevin düşünülmüş daxili və xarici siyasəti yeni və müstəqil Azərbaycanın bünövrəsini qoymuşdur.

Sizin layiqincə davam etdirdiyiniz siyasi xəttin nəticəsi olaraq müasir Azərbaycan inkişaf edir. Azərbaycan nəinki regional liderə çevrilmiş, eyni zamanda, qlobal müstəvidə qətiyyətli və qürurlu xarici siyasəti ilə beynəlxalq müstəvidə böyük nüfuz qazanmışdır. Ölkəmizdə mövcud olan sabitlik, milli, etnik və dini dözümlülük bir çox ölkələrə xas deyil.

Baş komandan olduğunuz Müzəffər Azərbaycan Ordusu qüdrətini dünyaya nümayiş etdirərək, beynəlxalq təşkilatların illərlə həll etmədikləri məsələyə “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə son qoydu. Sizin yüksək dövlət rəhbəri keyfiyyətləriniz, ölkə və xalqımız qarşısındakı xidmətləriniz əvəzsizdir. Növbədənkənar prezident seçkiləri ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasının bütün bölgələrində keçiriləcəkdir.

Azərbaycana rəhbərlik etdiyiniz dövrdə həyata keçirilən daxili və xarici siyasət bizi bir daha əmin edir ki, vətənimizin müstəqilliyini, onun inkişafını və xalqımızın fıravanlığını təmin edə biləcək yeganə namizəd Sizsiniz.

Cənab Prezident, qarşıdan gələn növbədənkənar prezident seçkilərində Sizin qələbənizi arzulayır və ona tam əminik. Öz növbəmizdə biz hər zaman Sizin siyasətinizə dəstəyimizi və Vətənimizin Kanadada təbliği və təmsilimizi davam edəcəyik.

Dərin hörmətlə,

İlqar Məmmədov,

Pəri Məmmədova.

Kanada, Toronto.