29 yanvar 2024, 16:10

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvlərindən, ABŞ

Hörmətli cənab Prezident,

Ölkəmizin müasir tarixinə təkrarolunmaz 20 il kimi yazılan ötən dövrdə Sizin apardığınız uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan Respublikası öz uğurlu inkişaf yolunu keçmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı olaraq ali dövləti vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyiniz yüksək idarəçilik qabiliyyəti, milli maraqlara söykənən daxili və xarici siyasətiniz qısa dövrdə Azərbaycanda və xarici ölkələrdə yaşayan həmvətənlərimiz tərəfindən Sizə qarşı böyük rəğbət hissi, sonsuz inam və etibar qazandırdı. Azərbaycana rəhbərlik etdiyiniz dövrdə ölkəmizi sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdiniz.

Amerikada yaşayan Azərbaycan diasporu kimi biz hər zaman Sizin uğurlu siyasətinizin dəstəçisi olmuş, daima birlik nümayiş etdirərək və qürur hissi ilə dövlətimizə arxalanaraq fəaliyyətimizi davam etdirmişik.

Cənab Prezident, apardığınız müdrik siyasətin məntiqi nəticəsi kimi bu gün Azərbaycan dövləti tam olaraq ərazi bütövlüyünü bərpa etmişdir. Dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyirik.

Biz Amerika Azərbaycanlıları, qarşıdan gələn növbədənkənar prezident seçkilərində “Qalib Xalqın Qalib Lideri” şüarı altında Sizin yenidən qalib gələcəyinizə inanır, ölkə başçısı kimi fəaliyyətinizi uğurla davam etdirməyinizi arzulayırıq! Hər birimiz öz vətəndaşlıq borcumuzu yerinə yetirərək seçki məntəqələrinə gedib öz səsimizi Vətənimizin layiqli oğluna – Sizə verəcəyimizə söz veririk.

Hörmətlə,

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvləri:

Minəvvər Vahabova,

Azərbaycan-Amerika Alyansı Təşkilatının sədri,

Adika İqbal,

Azərbaycan Dostluq Təşkilatının sədri,

Əsmər Qarayeva,

Yuta Azərbaycan İcmasının sədri,

Aynur Ağayeva,

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri,

Əli Əsgərov,

“Birləşmiş Azərbaycan Evi”nin sədri,

Esmira Bayramova,

Florida Azərbaycan Amerika Cəmiyyətinin sədri,

Ercan Yerdelenli,

Azərbaycan Nyu-York Assosiasiyasının sədri,

Fərid Məmmədov,

Midvest Amerika Azərbaycan Mərkəzinin sədri,

Günay Məmmədova,

Azərbaycan-Amerika Gənclər Federasiyasının sədri,

İradə Axundova,

Azərbaycan Mərkəzinin rəhbəri,

Cəmilə Cavadova-Spitzberq,

Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri,

Nərgiz Əliyarova,

Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin sədri,

Nabat Eminova,

Azərbaycan-Amerika Gənclər Assosiasiyasının sədri,

Rauf Şahbazov,

Amerika Azərbaycan Tibb Assosiasiyasının həmtəsisçisi,

Samir Novruzov,

ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri,

Tərlan Əhmədov,

Men Azərbaycan Cəmiyyətinin sədri,

Telman Cəlil,

Azərbaycan Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri,

Töhfə Eminova,

Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri.

Amerika Birləşmiş Ştatları.