26 yanvar 2024, 15:15

Fazil Ələkbərovdan, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Azərbaycan tarixində əsrlər boyu heç bir sərkərdənin etmədiyini etdiniz, 30 il ərzində əsarətdə olan torpaqlarımızı qaytardınız.

Ancaq Siz Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirərək Azərbaycan tarixində ən böyük və ən güclü Ali Baş Komandan oldunuz.

Biz Sizinlə fəxr edirik. Heydər Əliyev daim qəlbimizdədir. 2001-ci ildən YAP-ın üzvüyəm. Biz Sosialist Əməyi Qəhrəmanı Sevgili Kərimovanın ailə üzvləri daim Sizi dəstəkləyirik. Xalqımız hər zaman Sizin arxanızdadır.

Sizə, ailənizə uğurlar arzulayırıq.

Hörmətlə,

Ələkbərov Fazil Tapdıq oğlu

Azərbaycan Respublikası, Tovuz rayonu.