25 yanvar 2024, 11:40

Mixail Sutovskidən, Holon, İsrail

Hörmətli cənab Prezident.

İsrail-Azərbaycan İşgüzar Şurası adından növbədənkənar prezident seçkiləri ərəfəsində Sizə böyük inam və sonsuz etimadla müraciət edirəm.
Azərbaycan iqtisadiyyatının inkişafına verdiyiniz töhfələr, beynəlxalq əməkdaşlığın qurulmasında həlledici rolunuz, həmçinin İkinci Qarabağ müharibəsi zamanı qətiyyətli liderliyiniz necə böyük şəxsiyyət olduğunuzu, bütün Azərbaycan xalqının, eləcə də Azərbaycandan olan həmvətənlərimizin - bütün diaspor üzvlərinin qəlbində mühüm yer tutduğunuzu göstərir.

İqtisadiyyat sahəsindəki uzaqgörən strategiyanız milli və qlobal biznes mühiti üçün təkcə bir nümunə deyil, həm də lokomativə çevrilmişdir. Əlverişli biznes mühitinin yaradılmasında qətiyyətli mövqeyiniz davamlı iqtisadi artım və ölkəyə irimiqyaslı investisiyaların cəlb edilməsi ilə nəticələnən uğurun əsasıdır.

Növbədənkənar seçkilər kimi həlledici məqamdan istifadə edərək Azərbaycanın Vətən müharibəsində qalibiyyətinə aparan qərarlarınızı, məhz Sizin aparıcı rolunuzu qeyd etmək istəyirəm.

Hörmətli İlham Heydər oğlu, Sizin müdrikliyiniz və uzaqgörənliyiniz regionda sülhü və sabitliyi bərqərar etdi. Sizin milli təhlükəsizlik məsələlərində qətiyyətiniz Azərbaycanın gələcəyi üçün etibarlı zəmin yaratmışdır.

Azərbaycan xalqının Sizə azalmayan inamı göstərir ki, Sizin fəaliyyətiniz vətəndaşlarınızın layiqli hörmət və məhəbbətindən bəhrələnir.

Ölkəni firavanlığa və rifaha aparan idarəçilik kursunuz milyonların qəlbində əks-səda doğurur. Seçkilər ərəfəsində bir daha “Biz Sizinləyik!” deyirik, namizədliyinizi yekdilliklə dəstəklədiyimizi bildiririk. Əminəm ki, Sizin rəhbərliyiniz bundan sonra da bütün ölkə və bütün Azərbaycan xalqı üçün qürur mənbəyi olacaq, yeni nəsilləri ruhlandıracaqdır.

Dərin ehtiramla,

Mixail Sutovski, İsrail-Azərbaycan İşgüzar Şurasının sədri, Holon şəhərinin vitse-meri.

İsrail Dövləti, Holon şəhəri.