23 yanvar 2024, 15:23

Sevda Badaliouridən, Berlin, Almaniya

Möhtərəm cənab Prezident,

“Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin üzvləri adından 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Sizə dərin hörmət və dəstəyimizi bildirmək istəyirik.

Cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdəki iqtisadi inkişaf, sosial və mədəni təşəbbüslərin təşviqi sahəsində əldə olunan müstəsna nailiyyətlər təqdirəlayiqdir.

Bu il ölkəmizin suverenliyinin bərpası, tarixi torpaqlarımızın geri qaytarılmasının vacibliyini vurğulamaq bizim üçün xüsusilə vacibdir. Sizin - Müzəffər Ali Baş Komandanın Liderliyi və mükəmməl siyasəti bu tarixi nailiyyətdə mühüm rol oynamışdır.

Biz öz növbəmizdə dünya azərbaycanlılarını qarşıdan gələn seçkilərdə aktiv iştirak etməyə və Ali Baş Komandan İlham Əliyevi dəstəkləmə dəvət edirik.

Dərin hörmət və ən xoş arzularla,

Sevda Badaliouri,

“Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədri.

Almaniya Federativ Respublikası, Berlin şəhəri.