23 yanvar 2024, 12:29

Lalin Həsənovadan, Toronto, Kanada

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Uzun müddətdir ki, Azərbaycandan uzaqda yaşasaq da, Kanadada fəaliyyət göstərən Azərbaycan diasporu kimi ölkəmizi layiqincə təmsil və təbliğ etməyə çalışırıq.

Azərbaycana rəhbərlik etdiyiniz dövrdə həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq arenada söz sahibi olan dövlətə çevrilmişdir. Böyük fəxr və qürur hissi ilə bildirmək istəyirəm ki, cari il fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkilərində Kanadada yaşayan Azərbaycan icması olaraq tam şəkildə Sizin namizədliyinizi dəstəkləyirik.

Sizə 2024-cü il Azərbaycanda keçiriləcək prezident seçkilərində uğurlar arzu edirik. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan dünya səhnəsində daha çox nailiyyətlərə imza atacaqdır.

Əziz Ali Baş Komandan, son 20 il ərzində Azərbaycan dövləti çox qiymətli tarixi nailiyyətlərə imza atıb. Sizin müdrik siyasətinizin nəticəsi olaraq prezident seçkiləri ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyi tam bərpa etmiş müstəqil Azərbaycan Respublikasında keçiriləcək.

Cənab Prezident, mən bir daha cəmiyyətimizin bütün üzvləri adından Sizə cansağlığı, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Mən əminəm ki, Siz böyük səs çoxluğu ilə yenidən qalib gələcəksiniz!

Hörmətlə,

Lalin Həsənova,

Kanada “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri.

Kanada, Toronto şəhəri.