23 yanvar 2024, 10:00

Sabit Əliyevdən, Moskva, Rusiya

Əziz və hörmətli Prezident,

Mən Rusiyada yaşayan yazıçı olaraq bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi birmənalı şəkildə dəstəkləyirəm. Harada yaşamağımızdan asılı olmayaraq hamımızı Vətənə böyük məhəbbət hissi birləşdirir. Fəxrlə bildirirəm ki, Azərbaycan Sizin prezidentliyiniz dövründə həqiqətən də tarixi qələbələr əldə edib. Siz Azərbaycan dövlətinin inkişafı üçün parlaq düşünülmüş və hazırlanmış strategiya həyata keçirirsiniz. Ali dövlət vəzifəsində uğurlu fəaliyyətiniz sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmış, mövqeləri möhkəmlənmiş, həmçinin ölkəmizin Rusiya ilə münasibətləri dərinləşmişdir. Rusiyada yaşayan azərbaycanlılar bütün bu uğurlara ürəkdən sevinirlər.

Cənab Ali Baş Komandan, qalib dövləti və qalib xalqı xaricdə təmsil etmək olduqca qürurvericidir. Bir yazıçı olaraq əsərlərimlə xaricdə Azərbaycanı təbliğ etməkdən və ümumiyyətlə, azərbaycanlı olmağımdan qürur duyuram. Torpaqlarımız işğaldan azad olunduqdan sonra fəxarət hissimiz daha da artıb. Siz dünya azərbaycanlılarına çox böyük sevinc bəxş etmisiniz. Bu sevinc və qürur hissini yeni əsərlərimdə məmnuniyyətlə qeyd edirəm. Əminəm ki, yalnız Sizin rəhbərliyinizlə tarixi Vətənimiz bundan sonra da sürətlə inkişaf edəcək, dünya siyasi arenasında daha mühüm rol oynayacaq, Qarabağımız tam dirçələcəkdir.

Azərbaycan xalqı Sizə inanır, güvənir. Biz Sizi hər zaman Azərbaycanın alternativsiz Lideri olaraq görürük. İnanıram ki, fevralın 7-də keçiriləcək seçkilərdə Siz yenidən böyük səs çoxluğu ilə qalib gələcəksiniz.

Sizə tükənməz enerji, Vətən və xalq naminə görəcəyiniz işlərdə uğurlar arzu edirəm.

Hörmətlə,

Əliyev Sabit,

Rusiya Yazıçılar İttifaqının üzvü, “F.M.Dostoyevski” və “Sergey Yesenin” medallarına layiq görülmüş yazıçı, həkim-stomatoloq.

Rusiya Federasiyası, Moskva şəhəri.