22 yanvar 2024, 16:00

İlhan Aşkından, Haaqa, Niderland

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Sizin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətləriniz alqışalayiqdir. Gördüyünüz mühüm işləri sadalamaqla bitməz. Xüsusilə də 30 il işğal altında qalmış Qarabağ torpaqlarının Sizin rəhbərliyinizlə azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifəsi oldu. Siz Müzəffər Ali Baş Komandan olaraq adınızı tarixə qızıl hərflərlə yazdırdınız. Gücünü xalqın sevgisindən, birliyindən, həmrəyliyindən alan Lider kimi müdrik, qətiyyətli addımlarınız Azərbaycanı daha da inkişaf etdirmiş, zirvələrə ucaltmışdır.

Azərbaycana həmişə zəfərlər qazandıran uğurlu siyasətinizi ürəkdən bəyənir, qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyirik. Nailiyyətlərin davamlı olmasını arzulayırıq.

Hörmətlə,

İlhan Aşkın, Azərbaycan Türk Mədəniyyət Dərnəyinin rəhbəri.

Niderland Krallığı, Haaqa şəhəri.