22 yanvar 2024, 11:15

Qulam İbrahimovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin hər dəfə cənub bölgəsinə səfəriniz sakinlərin ruh yüksəkliyini daha da artırır. Bu dəfə də belə oldu. Lənkərana səfəriniz hər bir rayon sakininin sevincinə səbəb oldu, çünki bu səfəri səbirsizliklə gözləyirdik.

Hər bir sakinin Sizə minnətdarlıq dolu ürək sözləri var. Biz çox sevinirik ki, respublikanın bütün bölgələrində olduğu kimi, Lənkəranda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılır, sosial obyektlər inşa edilir, yollar çəkilir, əhalini narahat edən problemlər həll olunur.

Biz əminliklə inanırıq ki, özümüzün, balalarımızın gələcək xoşbəxtliyinin, təhlükəsizliyinin qarantı məhz Sizin uğurla həyata keçirdiyiniz siyasətdir. Buna görə də fevralın 7-də biz yalnız Sizə səs verəcəyik

Hörmətli,

İbrahimov Qulam Əlişah oğlu,

Şəhid atası.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.