19 yanvar 2024, 16:30
Şəmsəddin Hüseynovdan, Aktau, Qazaxıstan
Hörmətli cənab Prezident,
Sizin rəhbərliyinizlə ötən 20 il ərzində ölkəmiz böyük inkişaf yolu keçmiş, tarixi hadisələrə, zəfərlərə şahidlik etmişdir.
Cənab Prezident, biz Qazaxıstan Respublikasının Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Etnomədəni Birliyi olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində Sizin namizədliyinizi “Zəfər yoluna davam” şüarı altında dəstəkləyirik. Biz arzu edirik ki, xalqımızın seçimi dövlətimizin inkişafı, millətimizin birliyi – Siz olasınız.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.
Hörmətlə,
Hüseynov Şəmsəddin,
“Dostluq” Etnomədəni Birliyinin sədri.
Qazaxıstan Respublikası, Aktau şəhəri.