Firdovsi Əhmədovdan, Kəlbəcər, Azərbaycan
Əziz və hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,
Mən Kəlbəcər rayonundan keçmiş məcburi köçkünəm. Kəlbəcərdən çıxanda 21 yaşım var idi. Siz bizim 30 illik həsrətimizə son qoydunuz, mən gedib ata yurdumu ziyarət etdim, keçirdiyim hissləri sözlərlə ifadə etmək çox çətindir. Ən böyük arzum ata yurduma qayıtmaq olub və bunu Siz həyata keçirdiniz.
Cənab Prezident, indi mənim bir arzum var. Siz 2019-cu ildə Soçi şəhərində keçirilmiş Valday Forumunda “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini söyləyərkən həmin vaxt qurbanlar kəsəcəyimi əhd etmişdim. Sizə olan məhəbbətimi ifadə edərək, sonsuz sevincimi bölüşərək Kəlbəcərdə qarşınızda 100 qurban kəsmək arzusundayam.
Möhtərəm cənab Prezident, mən Sizin fəaliyyətinizi diqqətlə izləyirəm, gördüyünüz işləri, göstərdiyiniz səyləri alqışlayıram. Vətən müharibəsində qazanılmış şanlı Zəfərlə Siz bizə çox böyük sevinc hissi yaşatdınız. Sizinlə fəxr edirəm. Tanrıya şükürlər olsun ki, xalqımıza Sizin kimi Prezident bəxş edib. Mən Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın da ruhları qarşısında baş əyirəm ki, Sizin kimi qəhrəman oğul yetişdiriblər. Sizin siyasətinizi dəstəkləyir, Azərbaycanın əbədi Prezidenti olmağınızı arzulayıram.
Sizə möhkəm cansağlığı, ailə səadəti diləyirəm.
Hörmətlə,
Əhmədov Firdovsi İslam oğlu.
Azərbaycan Respublikası, Kəlbəcər rayonu, Təkəqaya kəndi.