Dünya şöhrətli alim Məsud Əfəndiyevdən, Münhen, Almaniya
Möhtərəm cənab Prezident,
Mən 32 ildən çoxdur ki, Almaniyada yaşasam da daim ürəyim Azərbaycanla döyünür. Riyaziyyatçıyam, professor kimi fəaliyyət göstərirəm və “Aleksander fon Humboldt” mükafatını alan ilk azərbaycanlıyam. “Biz - Zəfər yoluna davam” təşəbbüs qrupunun üzvüyəm.
2022-ci ildə gözəl Şuşamızda Sizin də iştirakınızla keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayındakı çıxışımda dediyim kimi, qalib Ordumuzun və Müzəffər Ali Bas Komandanımızın yanında olan diaspora ordusunun bir nümayəndəsiyəm.
Eyni zamanda, həm də Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) həmsədriyəm. Dünya Azərbaycanlı Alimlər Birliyi qeyri-dövlət təşkilatıdır. Həm Diaspora təşkilatının bir üzvü, həm də Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri olaraq bildirirəm ki, hər zaman Sizin yanınızdayıq və bu seçkilərdə də yekdilliklə Sizə səs verəcəyik.
Allah müzəffər xalqımızı və Sizi qorusun!
Hörmətlə,
Məsud Əfəndiyev,
Azərbaycanın əməkdar elm xadimi, “Aleksander fon Humboldt” mükafatını alan ilk azərbaycanlı, professor.
Almaniya Federativ Respublikası, Münhen şəhəri.