18 yanvar 2024, 12:33

Sevinc İbrahimovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz torpaqlarımızı düşmən işğalından azad etməklə xalqımıza Qələbə sevinci yaşatdınız, şəhidlərimizin ruhlarını şad etdiniz.

Sizin apardığınız uğurlu xarici siyasət sayəsində Azərbaycan Respublikası beynəlxalq arenada böyük nüfuz qazanmışdır. Siz bizim əbədi Prezidentimizsiniz.

Cənab Prezident, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ailəmlə birlikdə Sizə səs verəcəyik. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

İbrahimova Sevinc, Xalq artisti.

Azərbaycan Respublikası, Gəncə şəhəri.