18 yanvar 2024, 10:00

Mikayıl Oytadan, Sidney, Avstraliya

Hörmətli cənab Prezident.

Avstraliya-Azərbaycan Assosiasiyasının üzvləri xalqımızın həyatında çox vacib hadisə olan 7 fevral seçkilərində Sizin namizədliyinizi dəstəkləyirlər. İnanırıq ki, bu seçkilər 55 milyonluq azərbaycanlılar üçün bir işıq, bir yoldur.

Siz Azərbaycana rəhbərlik etdiyiniz 20 ildə böyük nailiyyətlərə imza atmısınız. Siz Azərbaycanın 30 il işğal altında qalmış torpaqlarını azad etdiniz və Xocalı soyqırımı qurbanlarının qısasını aldınız.

Sizin yürütdüyünüz xarici və daxili siyasətlə ölkəmiz Türkiyə ilə “Bir millət, iki dövlət” şüarı altında dünyaya güclü birlik və həmrəylik nümayiş etdirdi.

Məhz Sizin uğurlu xarici siyasətiniz nəticəsində regiondakı bütün maneələrə baxmayaraq, Azərbaycan çox uğurlu və dinamik inkişaf yolundadır.

Sizin uğurlu diplomatiyanız nəticəsində torpaqlarımız işğaldan azad edildi və azərbaycanlılar dünyanın hər bir yerində artıq başuca və alnıaçıq yaşayırlar. Biz Avstraliya Azərbaycan Assosiasiyası rəsmi olaraq Sizin çağdaş, dünyəvi, inkişaf etmiş ölkəmizin güclü Prezidenti olduğunuza inanır və Sizin namizədliyini dəstəkləyirik.

Azərbaycanın tarixinə şanlı gün kimi yazılacaq 7 fevral seçkilərində Azərbaycan xalqına uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Mikayıl Oyta, Avstraliya Azərbaycan Assosiasiyası prezidenti.

Avstraliya, Sidney şəhəri.