17 yanvar 2024, 15:43

Afaq Həsənovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Regionların sosial-iqtisadi inkişaf proqramının uğurla davam etdirilməsi bölgələrimizdə, o cümlədən Gəncə şəhərində də hiss olunur. Sizin xüsusi diqqətiniz sayəsində doğma şəhərimiz gündən-günə gözəlləşir. Şəhərdə görülən abadlıq quruculuq işlərinə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Cənab Prezident, ölkə vətəndaşlarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar sakinlər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır. Çox sağ olun, cənab Prezident!

Qarşıdan gələn Prezident seçkilərində Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Həsənova Afaq,

Azərbaycan Respublikası, Gəncə şəhəri.