16 yanvar 2024, 16:27
Tofiq Mirzəyev və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin daxili və xarici siyasətinizi biz kollektiv olaraq bəyənirik. Sizinlə – dünya şöhrətli Prezidentimizlə qürur duyuruq.
Ulu Öndər Heydər Əliyev yolunu tutaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyinizə və suverenliyimizi tam bərpa etdiyinizə görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Prezident seçkilərində Sizi dəstəkləyirik.
Hörmətlə,
Mirzəyev Tofiq,
Azərbaycan Texnologiya Universitetinin Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri.
Kərimov Hüsnü,
Kafedranın dosenti.
Məmmədov Əli,
Kafedranın baş müəllimi.
Azərbaycan Respublikası, Gəncə şəhəri.