13 yanvar 2024, 17:20
Mahirə Abdullayevadan, Yevlax, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin apardığınız uğurlu xarici siyasət sayəsində bu gün Azərbaycan Respublikası beynəlxalq arenada böyük nüfuz qazanmışdır. Bütün bunlar Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Respublikamızda görülən işlər, həyata keçirilən layihələr, doğma Qarabağımızın bərpası və dirçəldilməsi istiqamətində görülən işlər bir vətəndaş, müəllim kimi məni çox qürurlandırır. Sizin kimi Prezidentimiz olduğuna görə çox xoşbəxtik.
Cənab Prezident, 7 fevral növbədənkənar Prezident seçkilərində ailəmlə birlikdə Sizə səs verəcəyik. Sizinlə qürur duyuruq.
Allah Sizi qorusun!
Hörmətlə,
Mahirə Abdullayeva,
Yevlax şəhər 5 saylı məktəbin müəllimi.
Azərbaycan Respublikası, Yevlax şəhəri.