13 yanvar 2024, 15:02
Pünhan Zeynalovdan, Ağsu, Azərbaycan
Hörmətli cənab Prezident,
Bu gün Siz həm öz vətəninizdə, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazanmısınız. Sizin uzaqgörənliyiniz, yüksək liderlik keyfiyyətləriniz, diplomatik qabiliyyətiniz sayəsində doğma Qarabağımız öz azadlığına qovuşmuş, respublikamızın mövqeyi beynəlxalq arenada daha da güclənmişdir.
Cənab Prezident, Sizin uğurlu siyasətinizi dəstəkləyir və hər zaman yanınızdayıq. Qarşıdan gələn seçkilərdə uğurlar arzulayırıq. Azərbaycan xalqı alternativsiz Liderə - Sizə səs verəcək. Bizim ömürlük Prezidentimiz Sizsiniz!
Allah Sizi və Mehriban xanımı qorusun!
Hörmətlə,
Zeynalov Pünhan.
Azərbaycan Respublikası, Ağsu rayonu.