13 yanvar 2024, 16:02
Sənubər Vəliyevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizə edilən müraciətdən sonra Binəqədi qəsəbəsində göl kənarı asfalt yol çəkilmişdir. Həmin yolun çəkilməsi ilə bu istiqamətdə nəqliyyat sıxlığı problemləri aradan qalxmışdır. Buna görə Sizə təşəkkürümü bildirirəm.
Cənab Prezident, daxili və xarici siyasətinizi dəstəkləyərək qarşıdan gələn Prezident seçkilərində ailəmlə birlikdə Sizə səs verəcəyik.
Allah Sizi qorusun!
Hörmətlə,
Vəliyeva Sənubər,
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.